“Real” (Madrid) və “Barselona” klubları 8 yaşlı argentinalı futbolçu Kladio Qabriel Nankufillə yaxından maraqlanır.
Korner.az-ın məlumatına görə, hər iki klub azyaşlını öz akademiyasına götürmək uğrunda mübarizə aparır.
2014-cü ilin əvvəllərində İspaniya gedəcək Kladio ilk öncə “Real”ın akademiyasında olacaq. “Yeni Messi” ləqəbli oyunçu daha sonra “Barselona”nın “La Masia” akademiyasını ziyarət edəcək. Argentinalı futbolçunun hansı komandanı seçəcəyi böyük maraqla gözlənilir.
Qeyd edək ki, Lionel Messidə olduğu kimi Kladionun da boyla bağlı problemi var. Belə ki, Nankufil boyca həmyaşıdlarından geri qalır.
