Türkiyə PTT Liqası təmsilçilərindən “Elazığspor”un futbolçuları komandanın bugünkü məşqinə çıxmayıblar.
Korner.az-ın məlumatına görə, buna səbəb oyunçuların 8 aydır maaş almamalarıdır.
Maaşdan əlavə, 20 oyundur matçbaşı pullarını da ala bilmədiklərini deyən futbolçular borcları ödənilməzsə, növbəti turun oyununa – “Dənizlispor”la qarşılaşmaya çıxmamaq qərarı veriblər.
Qeyd edək ki, bir müddət öncə Fabio Bilika klubun ona olan borclarını ödəməməsi səbəbilə müqaviləsini birtərəfli pozaraq komandadan ayrılmışdı.
