7 təmsilçi, 14 oyun
17.05.2020 , 17:41

“Zirə” Azərbaycan milli komandasında 7 futbolçu ilə təmsil olunub.
Korner.az xəbər verir ki, “qartallar”ən oyunçuları müxtəlif vaxtlarda ölkənin əsas yığmasında ümumilikdə 14 matç keçirib.
Təmsilçilər arasında rekordçu Cavid Hüseynovdur. “Qartallar”ın kapitanı millidə 5 dəfə “Zirə”ni təmsil edib.
Klub tarixinə Azərbaycan yığmasındakı ilk nümayəndə kimi düşən Elvin Məmmədov 3 dəfə “Zirə”nin üzvü kimi milli forma geyinib.
