İtaliya ilə Portuqaliya milli komandaları yoldaşlıq oyunu keçirəcəklər.
Korner.az-ın məlumatına görə, qarşılaşma iyunun 16-da Qətərdə baş tutacaq.
Oyun "Jassim Bin Hamad Stadium"da keçiriləcək. Həmin stadionda əvvəl "Napoli" ilə "Yuventus" arasında İtaliya superkubokunun oyunu baş tutub.
Qeyd edək ki, bu vaxta qədər komandalar 7 il idi ki, üz-üzə gəlmirdilər.
