650-ci səfər qolu
11.02.2025 , 13:15

“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.
Korner.az xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb. O, Misli Premyer Liqasının XXII turunun “Zirə” ilə görüşündə hesabı açıb. 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.
Ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.
