“Avropa Liqasında növbəti mərhələyə də adlaya bilərdik. Lakin 6 xal almalı olduğumuz “Neftçi” ilə matçlarda xallar itirdik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin Avropa Liqasındakı rəqibi "Partizan"ın qapıçısı Nikola Petroviç Serbiya mətbuatına müsahibəsində deyib.
Serbiyalı qolkiper Avropa Liqasının sonuncu VI turu çərçivəsində "Rubin"lə oyunöncəsi komandasının Avropa Liqasındakı çıxışını dəyərləndirərkən daha sonra bunları deyib:
"Öz meydanımızda "Neftçi"ni məğlub etməli idik. Bakıda da qələbə qazana bilərdik. Amma bütün imkanları əldən verdik. Hələ “İnter”lə Milandakı oyunu demirəm. Bu 3 matçda 9 xal qazansaydıq, vəziyyət başqa cür olardı”.
Qeyd edək ki, “Neftçi” ilə “Partizan” arasında Belqraddakı oyun 0:0, Bakıdakı görüş isə 1:1 hesabı ilə başa çatıb.
