6 ildən sonra start heyətində meydana çıxdı, qol vurdu
19.09.2018 , 13:41

Daniel Starric Çempionlar Liqasının ilk turunda PSJ ilə oyunda “Liverpul”un start heyətində yer alıb
Ingilis forvard 2012-ci ildən sonra ilk dəfə olaraq ÇL-də ilk 11-likdə meydana çıxıb.
6 ildən sonra qitənin bir nömrəli klub turnirində start heyətində yer alan Starric Paris klubu ilə matçda 30-cu dəqiqədə rəqib qapısına yol tapıb. Onun hesabı açdığı matç komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
