6 il əvvəl karyerasını bitirən oyunçu vəfat etdi
18.04.2025 , 15:55

“Mançester Yunayted”in sabiq futbolçusu Co Tompson vəfat edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
6 il əvvəl karyerasını başa vuran 36 yaşlı Tompson xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.
O, karyerası ərzində “Tranmere Rovers”, “Beri”, “Southport” və “Karlisl Yunayted” kimi klublarda forma geyinmişdi.
