"İnter"lə matçdan sonra 5 günlük istirahətə buraxılan "Qəbələ" bu gün Premyer Liqanın XXIV turu çərçivəsində keçiriləcək "Qarabağ"la görüşün hazırlıqlarına başlayır.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesində milli komandaların heyətinə dəvət alan Amit Quluzadə, Ürfan Abbasov (hər ikisi Azərbaycan U-21), Anar Nəzirov, Vurğun Hüseynov (hər ikisi Azərbaycan milli komandası), Omar Kalabane (Qvineya milli komandası) və zədəli Aleksandr Çertoqanovdan başqa bütün futbolçular iştirak edir.
