Dünya Futbolu

6-cı mərtəbədən yıxılan futbolçu öldü

07.10.2019 , 21:30

Argentinalı futbolçu Ezekiel Esperon vəfat edib.

Korner.az xəbər verir ki, 23 yaşlı futbolçu binanın 6-cı mərtəbəsindən yıxılıb. Təcili xəstəxanaya aparılan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Dostları ilə birlikdə binanın balkonunda partidə olan Esperon, ehtiyatsızlıqdan yerə yıxılıb və vəfat edib.

Ezekiel Meksikanın “Atlante” klubunda forma geyinirdi.

Son yazılar

Yuxarı