Azərbaycan millisindəki işinə bugünlərdə son verilən Robert Prosineçki Bakıdadır.
Korner.az-ın məlumatına görə, xorvatiyalı çalışdırıcı bu gün günorta saatlarında paytaxtımızdakı kafelərdən birində nahar edərkən görünüb.
Yığmanın tərcüməçisi Aydın Rüstəmov da onunla nahar edən iki nəfərdən biri olub. Müqaviləsinin uzadılmayacağına dair qərarın oktyabrın 26-da verilməsinə baxmayaraq, onun hələ də Bakıda olması ağıla iki variantı gətirir: ya AFFA ilə üzülüşmə haqq-hesabını aparır, ya da buradakı "xaç atası" ona yeni iş yeri axtarır…
