5 cüdoçumuz Böyük Dəbilqədə tatamiyə çıxır
21.10.2022 , 12:00

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turnirinə start veriləcək.
Korner.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq.
60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Angelo Pantano (İtaliya) ilə, eyni çəkidəki Turan Bayramov Bayurjan Narbayevlə (Qazaxıstan) üz-üzə gələcək.
66 kq-da yarışan Tofiq Məmmədov 1/32 finalda Oskar Pertelsonla (Estoniya) görüşəcək.
Qadınlardan 48 kq çəkidə yarışan Leyla Əliyeva 1/16 finalda Rafael Batista (Braziliya), 52 kq çəkidəki təmsilçimiz Gültac Məmmədəliyeva eyni raundda Tolqanay Abeuova (Qazaxıstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur.
