48 yaşlı mütəxəssisin yeni iş yeri
06.01.2025 , 15:05
Son olaraq “Adana Dəmirspor”u çalışdıran Patrik Kluvertin yeni ünvanı bəlli olub.
Korner.az xəbər verir ki, 48 yaşlı mütəxəssis İndoneziya milli komandasına rəhbərlik edəcək.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, hollandiyalı çalışdırıcının 2+2 illik müqavilə imzalayacağı bildirilib.