45 milyon avroya “yox” dedilər
01.08.2024 , 11:45

“Yuventus”un Ten Kopmeyners üçün “Atalanta”ya etdiyi təklifə rədd cavabı alıb.
Korner.az-ın məlumatına görə, Turin təmsilçisi 26 yaşlı futbolçu üçün qarşı tərəfə 45 milyon avro təklif etmişdi. Lakin “Atalanta” niderlandlı üçün daha çox pul istədiyindən təklifi geri çevirib.
Tərəflər arasında danışıqlar davam edir. “Yuve” yeni bir təklif üzərində işləyir.
