İngiltərə Premyer Liqasında növbəti mövsüm mübarizə aparacaq sonuncu komanda müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Çempionşipin pley-off oyununda “Hadddersfild” “Ridinq”lə qarşılaşıb. Əsas vaxtı qolsuz bərabəliklə nəticələnən matçın penaltilər seriyasında 4:3 hesabı ilə rəqibini məğlub edən “Haddersfild” elitaya vəsiqə qazanan sonuncu komanda olub.
Bununla da, komanda 45 ildən sonra ilk dəfə yüksək liqada çıxış edəcək.
