Dünən Çempionlar Liqasında 3-cü turun oyunları keçirilib. Moskvanın ÇSKA lkubu öz meydanın İsveçrənin “Bazel” klubu ilə qarşılaşıb.
Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu oyunda çərçivəni qoruyan “hərbiçilər”in qapıçısı İqor Akifeyev özünməxsus olan anti-rekordu daha da təkmilləşdirib. Belə ki, əlcək sahibi ÇL-in final mərhələsində meydana çıxdığı ardıcıl 42-ci oyunda da qapısından qol buraxıb.
Qeyd edək ki, o, sonuncu dəfə 2006-cı il noyabrın birində səfərədə “Arsenal”la qarşılaşmada (0:0) qol bruaxmadan meydançanı tərk etmişdi.
