41 ildən sonra bunu bacardılar
19.05.2023 , 11:48
Türkiyə Super Liqasının 34-cü turunda “Trabzonspor” səfərdə “Fənərbağça”ya məğlub olub – 1:3.
Korner.az xəbər verir ki, məğlub olsalar da, görüş qonaq komanda üçün əlamətdar olub.
Belə ki, “Trabzonspor” 41 ildən sonra səfərdə “Fənərbağça”nın qapısına penaltidən qol vurub.
Qarşılaşmada qolun müəllifi 69-cu dəqiqədə penaltidən fərqlənən Trezeqe olub.