40 yaşında karyerasını bitirdiyini açıqladı
24.10.2025 , 10:00
İngiltərə millisinin sabiq qapıçısı Skott Karson futbolçu karyerasını başa vurub.
Korner.az xəbər verir ki, 40 yaşlı qapıçı bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
Son olaraq “Mançester Siti”nin heyətində çıxış edən Karson, yığmada 4 oyuna çıxıb və 4 qol buraxıb.
Təcrübəli qolkiper karyerası ərzində “Lids”, “Liverpul”, “Şeffild Uenzdey”, “Çarlton”, “Aston Villa”, “Vest Bromviç”, “Viqan”, “Derbi Kaunti” və Türkiyənin “Bursaspor” komandalarının formasını geyinib.