40 yaşında futboldan getdi
01.01.2025 , 09:00
Dortmund “Borussiya”sının sabiq futbolçusu Lukas Barrios karyerasını bitirib.
Korner.az xəbər verir ki, bu barədə 40 yaşlı hücumçu özü açıqlama verib.
Paraqvay millisinin sabiq üzvü Meksikada “Atlas”, Çilidə “Kolo-Kolo”, Rusiyada “Spartak”, Fransada “Monpelye”, son olaraq ölkəsində “Lukeno”da oynayıb. O, Paraqvay millisində 36 oyunda 10 qol vurub.