big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

40 yaşın mübarək, Başqan…

23.08.2012 , 11:01

`Qarabağ` Futbol Klubunun kollektivinə yenicə qoşulmuşdum. Mehriban, səmimi kollektivin söhbətlərində daim klubun vitse-prezidenti Tahir Gözelin adı çəkildiyi zaman həmkarlarımın dərin ehtiramı o dəqiqə sezilirdi. İstər-istəməz bəndənizdə xüsusi maraq oyandı kollektivin sevgi və hörmətini qazanan şəxsə qarşı..Və tale ilk görüşdəcə mənim üçün hər şeyi aydınlaşdırdı…

2007-ci ilin Mart ayı idi. `Qarabağ`ımız çempionatda `Bakı`yla qarşılaşırdı. Hər zaman olduğu kimi başqan komandayla görüşə gəldi. İlk dəfə gördüyüm Tahir bəy olduqca həyəcanlıydı. Səbəbini az sonra yüksək intellektual səviyyəsini ifadə edəcək söhbətdə göstərəcəkdi. Başqan futbolçularla görüşdə qayğısından danışdı. Heç zaman reklam etmədiyi xeyirxah əməllərindən biri kimi himayə etdiyi məcburi köçkünlərlə görüşübmüş. Yurdundan didərgin düşmüş bir balaca cocuqdan Tahir bəy hansı komandaya azarkeşlik etdiyini soruşub.

Təbii ki, Qarabağdan bir parça olan uşağın `Qarabağ`a azarkeşlik edəcəyini söyləyəcəyini və o da fəxrlə həmin komandanın rəhbəri olduğunu söyləyəcəkmiş. Amma cocuğun başqa komandanın adını çəkməsi başqanımızı çox məyus edib. Tahir bəy susub sadəcə…

…Amma futbolçuların yanında danışdı. `Mən bunu haqq etmirəm` dedi. Bir Qarabağlı `Qarabağ`a azarkeşlik etmirsə demək ki, biz bugünə kimi heç nə etməmişik. Bir köçkün tək təsəllisi olan `Qarabağ`a azarkeşlik etmirsə demək nəyisə dəyişməliyik..`

Çox təsirlənmişdi başqan. Dedi sabah Orxanı oyuna gətirəcəm. Elə edin ki, matçdan sonra mən Orxana mən bu komandanın bir parçasıyam deyə bilim..

Söylədiyini etdi də. Oyundan qabaq 8 yaşlı Orxan Tahir bəyin əlindən tutub həyatında ilk dəfə stadiona gəldi. Başqanımız oyunöncəsi Orxanı futbolçularla tanış etdi. Olduqca maraqlı keçən və futbolçularımızın inanlmaz əzmiylə, ruhuyla keçirdiyi oyunu Orxan Tahir bəylə birgə izlədi…

..Oyundan sonra artıq Orxan `Qarabağ`lı idi..Və bugün 100 minlərlə həmyaşıdı kimi…

…Bəli, mən Tahir bəyin niyə belə sevildiyi artıq yaxşı anlamağı başlamışdım. Bugün 40-cı doğum gününü qeyd edən başqan `Qarabağ`a çox şeyini verib. Sadəcə, maddiyyatla deyil, mənəvi düşüncəsi, fəlsəfəsiylə..

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, haqq etdiyi halda belə bir dəfə də baş məşqçinin işinə müdaxilə etməyib.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçularına meydança üçün deyil daha bəşəri ideyaları aşılamaqdan zövq alır.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, `Ən böyük başqan, bizim başqan` şüarına `Ən böyük sadəcə `Qarabağ`dır` deyəcək ürəyə sahibdir.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçusuna öz əliylə yemək ikram etməkdən zövq alır.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçusunu planetariuma aparmaqla kainat həqiqətlərini aşılayır.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçusu üçün dünyanın ən məşhur professorunu gətizdirib mühazirələr təşkil edir.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, komandasından udanda da, uduzanda da sadəcə öz ruhlarını nümayiş etdirməsini istəyir.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçusunun rəhbəri deyil yaxın dostudur.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçusu özündən çox onu uğurlarıyla sevindirmək istəyir….

Və… Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, ancaq insanlığı sevir və insanlığı təbliğ edir..

Onun etdiklərindən heç kim xəbər tutmur. Çünki, o, etdiklərini sevdiyi üçün edir. Heç kim bilmir ki, Tahir bəy dünyada bəlkə də yeganə xeyirxah insandı ki, çörək əvəzinə elm verir, mənəviyyat verir.

Bugün himayə etdiyi minlərlə insan Onun sayəsində təhsilin fərqindədirlər, fərqində olmadan…

Bugünün sevilən, bir zirvə olan `Qarabağ` onun könlünün hədiyyəsidir.

Bugün Azərbaycanın qüruru olan `Qarabağ` dünya nəhəngi `Rusenborq`u məğlub edərkən başqanımızın göz yaşlarının məhsuludur.

Və…bugün `Qarabağ` milyonlarla Orxanın komandasıdır.

Bu milyonların sevgisi 9 illik əməyinin, sevgisinin məhsuludur, Başqanımızın..

40 yaşın mübarək, Başqan…

Nurlan Əziz

`Qarabağ` ailəsi adından

Son yazılar

To Top