"Hapoel"in baş məşqçisi Gili Landau etiraf edib ki, 4:0 hesablı qələbə onun üçün gözlənilməz olub.
Korner.az– ın məlumatına görə, o bildirib ki, “Bu gün oyun çox çətin keçdi. Rəqib bura hazırlıqlı gəlmişdi. Amma onlar imkanlarından aşağı səviyyədə çıxış etdilər. Fasilədə mən futbolçulara müəyyən tapşırıqlar verdim. Buna görə də ikinci hissədə bizimkilər daha yaxşı oynamağa başladılar. Biz komanda oyunu nümayiş etdirdik. Özümüzə inam çox idi”.
