“Arsenal” klubu 4 qat Olimpiya çempionu Maykl Consonu işə qəbul edib.
Korner.az-ın məlumatına görə, 200 metr məsafəyə qaçış ustası komandanın gənc futbolçularını çalışdıracaq.
“7–8 yaşdan başlayaraq 18 yaşına qədər atletlərin kompleks inkişafı üzərində işlər görüləcək. Biz əsas komandanın futbolçuları ilə məşqlər keçməyəcəyik. Bizim sahəmiz gənc futbolçulardır. Məhz bu sahədə ixtisaslaşmışıq”, — deyə 47 yaşlı Conson qeyd edib.
2012-ci ildə Conson artıq Arsenala bu baxımdan yardım edib.
