4 oyun təxirə salındı
21.04.2025 , 14:00

İtaliya A Seriyasında bu gün keçiriləcək oyunlar təxirə salınıb.
Korner.az xəbər verir ki, buna Roma Papası Fransiskin vəfatı səbəb olub.
Təxirə salınmış “Torino” – “Udineze”, “Kalyari” – “Fiorentina”, “Genoa” – “Latsio” və “Parma” – “Yuventus” görüşlərinin hansı gün keçiriləcəyi barədə hələlik məlumat paylaşılmayıb.
