4 komanda növbəti mərhələdə
13.10.2024 , 18:20

Bu gün Azərbaycan kubokunda yeni mövsümün daha 3 oyunu keçirilib.
Korner.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin 2-ci günündə 2-ci liqa təmsilçilərindən Şimal” komandası öz meydanında “Qusar”la üz-üzə gəlib və rəqibini 4:1 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.
“Ağdaş” “Lerik”ə “Şəmkir” “Şəki Siti”yə qalib gələrək 2-ci təsnifat mərhələsinə adlayıb.
Günün son matçında isə “Hypers Quba” isə səfərdə “Göygöl”ün qonağı olub. Görüş meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə bitib. Quba təmsilçisi növbəti mərhələdə “Turan Tovuz”la qarşılaşacaq.
13 oktyabr
14:00. “Şimal” – “Qusar” – 4:1
Qollar: P.Azadov, 6, 45+1, E.Əskərov, 83, T.Nəsibov, 89 – F.Ağalarov, 70
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Emin Abdullayev
Siyəzən
14:00. “Lerik” – “Ağdaş” – 0:4
Qollar: E.Süleymanov, 55, E.İsmayılov, 59, 67, Ü.Sarıyev, 88
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Sənan Bayramzadə
Lənkəran OİK
14:00. “Şəki Siti” – “Şəmkir” – 0:1
Qol: E.Tağıyev, 75
Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Aydın Bəxşiyev, Niyaz Əhmədov
Şəki
15:00. “Göygöl” – “Hypers-Quba” – 2:3
Qollar: Ü. Cəlilov, 37, 56 – pen., – C. İmamverdiyev, 8, 90, H. Verdiyev, 90+4 – avtoqol
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Asif Abdullayev, Nazim Süleymanov
Göygöl OİK.
