Polşanın paytaxtı Varşavadakı Avropa çempionatının üçüncü yarış günündə Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq.
Korner.az-ın məlumatına görə, bu dəfə ağır çəki dərəcələrindəki təmsilçilərimiz yarışacaqlar.
Onlardan Uşangi Kokauri (+100 kq) 1/8 finaldan, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) isə 1/16 finaldan mübarizəyə qoşulacaqlar.
90 kq. 1/16 final. Məmmədəli Mehdiyev – İon Dumbrava (Moldova)
100 kq. 1/16 final. Elmar Qasımov – Filipp Qalandi (Almaniya)
100 kq. 1/16 final. Elxan Məmmədov – Vinçentso D Arko (İtaliya)
+100 kq. 1/8 final. Uşangi Kokauri – Harun Sadıkoviç (Bosniya və Herseqovina)
