4-cü dəfə Avropa çempionu oldu
26.04.2024 , 20:35
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
Korner.az xəbər verir ki, yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edən üçqat Avropa çempionu finalda Danil Lavrentyevi (AIN) üstələyib.
Bununla da H.Heydərov qızıl medala yiyələnib.
O, Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.