4 aylıq sıradan çıxdı
19.03.2025 , 15:30

“Bayer” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın futbolçusu Mario Hermoso mövsümü erkən bitirib.
“Bavariya”ilə cavab oyununda döş qəfəsindən zədə alan 29 yaşlı yarımmüdafiəçi sıradan çıxıb.
Onun 4 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
