“3X3 Qızlar” turniri keçiriləcək
03.03.2022 , 20:22

Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF və AFFA-nın təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “3×3 Qızlar turniri” keçirəcək.
Korner.az xəbər verir ki, martın 6-da Azərbaycan Texniki Universitetinin İdman zalında təşkil olunacaq turnirdə 3 yaş qrupu üzrə komandalar mübarizə aparacaq. 2005-2007-ci təvüllüdlülər arasında 10 komanda 2 qrupda, 2008-2009-cu illərin yarışında 12 komanda 4 qrupda, 2010-2011-ci illərin mübarizəsində isə 8 komanda 2 qrupda yarışacaq.
