38 yaşlı idmançı karyerasını bitirdi
17.12.2025 , 15:00
Dünya çempionu Terens Krouford peşəkar boks karyerasını başa vurub.
Korner.az xəbər verir ki, 38 yaşlı amerikalı idmançı bu qərarını açıqlayaraq, rəqabətdən kənara çəkildiyini bildirib.
Krouford qeyd edib ki, geri çəkilməsi döyüşmək gücünü itirməsi ilə bağlı deyil, həyatında fərqli bir mübarizəni qazandığı üçündür və insanın ən doğru zamanda, öz şərtləri ilə karyeranı bitirməsinin böyük qələbə olduğunu vurğulayıb.
Xatırladaq ki, o, bu ilin sentyabrında Kanelo Alvaresi məğlub edərək orta çəkidə çempionluq titulunu qazanmışdı. Terens Krouford karyerası boyunca 42 döyüş keçirib, onların 31-ni nokautla qələbə ilə başa vurub.