37 yaşlı qolkiperlə yeni müqavilə
17.04.2025 , 15:53

“Volfsburq” qapıçısı Pavao Pervanla müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 37 yaşlı qapıçının sözləşməsinin müddəti 2026-cı il iyunun 30-na qədər uzadıldığı bildirilib.
Avstriyalı qolkiper 2018-ci ildən “Volfsburq”da çıxış edir.
