37 yaşlı hücumçu Messiyə çatdı
11.12.2018 , 20:54

“Atletik”in futbolçusu Aris Aduris İspaniya La Liqasının son turunda “Jirona” ilə keçirilən oyunda (1:0) vurduğu qolla komandasına qələbə qazandırıb.
37 yaşlı hücumçu bununla La Liqada ardıcıl 14 mövsümdə qol vurmağı bacaran 3-cü futbolçu olub. Bundan əvvəl “Barselona”dan Lionel Messi və “Real”dan Serxio Ramos ardıcıl 14 mövsümdə fərqlənən futbolçular idi.
Qeyd edək ki, “Atletik” La Liqada 15 turdan sonra 14 xalla 18-ci pillədə qərarlaşıb.
