Məşhur fransız futbolçu Uilyam Qallasın yeni iş yeri məlum olub.
Korner.az-ın məlumatıa görə, 36 yaşlı futbolçu karyerasını Avstraliyada davam etdirəcək.
Futbolçu "Pert Qlori" klubu ilə rəsmi müqavilə imzalayıb.
O, bu kluba azad agent kimi keçib. Qallasın yeni klubuyla müqaviləsinin müddəti 1 ildir.
Qeyd edək ki, karyerası ərzində Fransanın "Kan", "Olimpik" (Marsel), İngiltərənin "Çelsi", "Arsenal", "Tottenhem" klublarının formasını geyinən milli komandada 84 oyun keçirib və 5 qol vurub.
2003-cü ildə milli komanda ilə FİFA Konfederasiyalar Kubokunu qazanan Uilyam 2 dəfə İngiltərə çempionu, 1 dəfə Liqa Kubokunun, 1 dəfə Superkubokun qalibi olub.
