2004-cü ildə Afinada keçirilmiş Olimpiya Oyunlarının qalibi, bolqarıstanlı ağır atlet Milen Dobrevin meyiti tapılıb.
Korner.az-ın məlumatına görə, 35 yaşlı ağırlıqqaldıranın meyiti Plovdiv şəhərindəki evində aşkar edilib.
Meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmadığı bildirilir. Ölüm səbəbi tibbi ekspertizadan sonra məluma olacaq.
Qeyd edək ki, M. Dobrev Afinada keçirilmiş Olimpiadada 94 kq çəki dərəcəsində çempion olub. Bundan başqa, o, bir dəfə dünya, iki dəfə isə Avropa çempionu adını qazanıb.
