35 yaşlı müdafiəçi “Everton”a keçir – İDDİA
17.06.2025 , 13:44

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker “Everton”a keçməyə yaxındır.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, tərəflər arasında 1 illik müqavilənin imzalanacağı gözlənildiyi bildirilib.
35 yaşlı futbolçu 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Milan”da çıxış edib. O, iştirak etdiyi 16 görüşdə fərqlənməyi bacarmayıb.
