“Sumqayıt” klubunun kapitanı Samir Abasov ölkə xaricində diz nahiyyəsindən əməliyyat olunub.
Korner.az-ın məlumatına görə, 34 yaşlı futbolçunun əməliyyatı uğurla tamamlanıb.
Hazırda özünü yaxşı hiss edən Samir bu həftə Bakıya qayıdacaq. Bərpa prosesi keçirəcək adıçəkilən futbolçu ardınca komandanın təlim-məşq toplanışına qoşulacaq.
“Əməliyyat uğurla keçdi. Hazırda xəstəxanadayam. Həftənin bazar ertəsi günü son müayinə olacaq. Çərşənbə günü isə inşallah Bakıya qayıdacağam. Son müayinədən sonra məşqə başlayacağım tarix məlum olacaq” – deyə Samir Abasov klubun rəsmi saytına açıqlama verib.