33 mövsümdə 34-cü dəfə
05.12.2024 , 10:00
Azərbaycan Kubokunun 1/8 final mərhələsi 2024/25 mövsümünün ilk penaltilər seriyası ilə əlamətdar olub.
Korner.az xəbər verir ki, “Sabah” “Turan Tovuz”la səfərdəki dueldən qalib ayrılıb – 2:2, penaltilər seriyası – 3:1.
Bu, kubokun 33 mövsümündə yaşanan 34-cü belə matç olub. Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da müəyyənləşib. Sonuncu belə oyunlar ötən mövsümün I təsnifat mərhələsində baş tutub. “Şahdağ Qusar” “Qusar”a (0:0, penaltilər seriyası – 5:4), “Şəfa” “Şəmkir”ə (1:1, penaltilər seriyası – 5:3) qalib gəlib.