33 ildən sonra yenidən Norveç çempionu oldular
01.12.2025 , 10:55
Norveç futbol çempionatında mövsüm başa çatıb və qalib müəyyənləşib.
Korner.az xəbər verir ki, “Vikinq” son turda “Volerenga”nı 5:1 hesabı ilə darmadağın edərək mövsümün çempionu adına yiyələnib. Stavanger təmsilçisi yekunda 71 xal toplayaraq turnir cədvəlinə başçılıq edib.
“Mövsümün gərgin rəqabətində “Bodo-Qlimt” isə 70 xalla ikinci yeri tutub.
Beləliklə, “Vikinq” Norveç çempionatında tarixinin 9-cu titulunu qazanıb. Komandanın bundan əvvəlki çempionluğu 1991-ci ilə təsadüf edirdi.