big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

33 il əvvələ səyahət: əməkdar jurnalistin “Neftçi”nin fiaskosu haqda YAZIsı (I HİSSƏ)

03.02.2016 , 07:57

Yəqin ki, hər bir futbol azarkeşi razılaşar, SSRİ dövründə indiki ilə müqayisədə, Azərbaycanda insanların futbola marağı daha çox idi. İnsanlar, demək olar ki, “Neftçi”nin hər oyununda stadionları doldurur, “ağ-qaralar”ın hər qarşılaşmasında qələbəlik yaşanırdı. Baxmayaraq ki, komanda heç də gözlənilən səviyyədə çıxış etmirdi.. Bunu əməkdar jurnalist Şamil Şahməmmədovun hazırladığı “Futbol-83” adlı məlumat kitabçasındakı “Neftçi” ümidləri doğrultmadı” başlıqlı məqalə də təsdiqləyir. Məqaləni ixtisarla təqdim etməzdən əvvəl 1982-ci ildə keçirilmiş güclülər dəstəsi üzrə SSRİ çempionatının yekun cədvəlinə nəzər yetirək:
“1981-ci ildə ölkə çempionatı başa çatarkən respublikamızın futbol həvəskarları nikbin əhval-ruhiyyədə idilər: onların sevimli komandası güclülər dəstəsinə qayıtdıqdan sonra ilk dəfə yarış cədvəlində 10-cu yeri tutmuşdu. Əlbəttə, vaxtı ilə bürünc medalları boynundan asmış bir kollektiv üçün bu öyünüləsi nəticə deyildi. Lakin əvvəlki dörd ildə daim quyruqda sürünən, yalnız öz yerini qorumaq uğrunda mübarizə aparan komandanın indi təhlükədən uzaqda olması müəyyən təsəlli verir, gələcək üçün ümid doğururdu. Komandanın rəhbərliyinin verdiyi şirin vədlər, “Neftçi”nin böyük perspektivə malik olduğunu, komandanın yüksəlişə keçəcəyini bildirmələri klubun sabahına olan inamı artırmışdı.
Ancaq ötən il (1982-ci il nəzərdə tutulur – red.) keçirilən 45-ci çempionat bu ümidləri puça çıxardı. Həmyerlilərimizin “sərhədyanı” 16-cı pillədə qərarlaşması azmış kimi, xalların sayına görə “Kuban” komandası ilə tən olub, yalnız bir qələbə artıq qazanmalarının nəticəsində birinci dəstəyə keçmədilər.
Şübhəsiz ki, bir mövsüm fasilə ilə 10-cu pillədən 16-cı yerə enmək böyük uğursuzluqdur, və respublikamızın idman ictimaiyyəti də “Neftçi”nin tənəzzülünü haqlı olaraq belə qiymətləndirmişdir. Lakin tənqid etməklə məsələ qurtarmır, geriləmənin səbəblərini ortaya çıxarmaq, onların gələcəkdə təkrar olunmaması üçün çalışmaq lazımdır. 
Axı nə üçün “Neftçi” 1982-ci ildə keçirilmiş çempionatı bu qədər zəif keçirdi? Komanda üçün lazımi şərait yaradılmış, təlim-məşq toplanışlarının dolğun, səmərəli keçməsinə qayğı göstərilmişdir, futbolçular və məşqçilər də onlara ayrılan diqqətin az olmasından şikayətlənə bilməzlər.  Nəticə isə ürəkaçan deyil.
Əlbəttə, klubun iki əsas üzvü olan İqor Ponomaryov və İsgəndər Cavadovun başqa komandalara keçməsini bəhanə gətirmək olar, sözügedən futbolçuların kollektivdən getməsi öncəliklə hücum xəttinin oyununa mənfi təsir göstərdi. Xatırlayaq: 1980-ci ildə keçirilmiş SSRİ çempionatında sözügedən futbolçular ümumilikdə 20 dəfə rəqib qapılarını silkələmişdi. Buna görə də, heç olmasa, Cavadovun komandanı tərk etməsinin qarşısını almaq lazım idi. Bir futbolçunun eyni çempionatda iki klubun tərkibində çıxış etməsinə icazə verilmədiyi üçün Cavadov mövsümün axırınadək Moskvanın “Dinamo” komandasında ehtiyat oyunçular skamyasında oturdu və yalnız beynəlxalq görüşlərdə qüvvəsini sınaya bildi.
Digər tərəfdən komandada perspektivli gənclərin çox olması barədə verilən bəyanatlar da iflasa uğradı, xüsusən də, hücum xəttində sabit və məhsuldar oyun nümayiş etdirən futbolçular, demək olar ki, yox idi. Maşallah Əhmədov və Səmədağa Şıxlarov isə yalnız ayrı-ayrı oyunlarda qənaətbəş çıxış sərgilədilər. Bir sıra  veteranlar və başqa gənclər isə hücum xəttində, ümumiyyətlə, özlərini doğrultmadılar. Komanda hətta böyük üstünlüyə sahib olduğu matçlarda belə, saysız-hesabsız qol imkanlarından istifadə edə bilmədi. Mövsüm ərzində yarımmüdafiəçilərin və müdafiəçilərin hücumçulardan çox top vurması da, ön xəttin “dişsizliyi”nin bariz nümunəsidir. 42 qoldan yalnız yalnız 18-də hücumçuların imzası var, qalan 24 topu isə  Asif Əliyev, Səməd Qurbanov, Vladimir Mixaylevski, Əbdülqəni Nurməmmədov, Şakir Qəribov, Rəşid Özbəkov başda olmaqla digər futbolçular rəqib qapısından keçirmişdir.
Bütün bunlar komandada gənc futbolçuların yetkinləşmə prosesinin ləngidiyini,əsas heyətdə oynamaq uğrunda sağlam rəqabətin olmadığını, ümumiyyətlə, tələbkarların xeyli zəiflədiyini göstərən əlamətlərdəndir. Çempionata fiziki cəhətdən ideal səviyyədə hazırlaşmayan bir sıra futbolçular hələ birinci dövrənin axırlarında mübarizənin gərginliyinə tab gətirə bilmir, atletik keyfiyyətlər ilə fərqlənən rəqibləri qarşısında diz çökdürdülər. Kiyevdə yerli dinamoçulara (0:4), Moskvada “Spartak”a (0:5), Tbilisidə “Dinamo”ya (3:5), İrəvanda “Ararat”a (0:3) layiq müqavimət göstərilməməsini başqa heç cür izah etmək mümkün deyil. Həmçinin Bakıda “Ararat” ilə qarşılaşmada da fiziki dözümsüzlük nəinki ərazi üstünlüyünü uğurlu nəticə ilə başa çatdırmağa imkan verməmiş, təəssüf ki, məğlubiyyəti də şərtləndirmişdir. 
Belə uğursuzluğun başqa səbəbləri də vardır. Onlardan ən başlıcası klubun bir sıra üzvlərinin psixoloji zəifliyi və iradəsizliyidir. Məsələ bundadır ki, “Neftçi” son iki il ərzində rəqib meydanlarda bir qələbə də qazana bilməmişdir. Keçən il isə həmyerlilərimiz Bakıdan kənarda böyük gərginlik bahasına, 90 dəqiqə boyunca müdafiə futbolu oynamaqla cəmi 3 görüşü heç-heçə ilə başa vurmuşdur. Bu, güclülər dəstəsində ən zəif nəticədir, hətta çempionata yeni qayıtmış “Kuban” da doğma şəhərdən kənarda “ağ-qaralar”dan 3 dəfə çox xal toplamış, o cümlədən Bakıda komandamızı məğlub etmişdir. Bütün bunlar danılması, başqa cür yozulması mümkün olmayan faktlardır. “Neftçi” azarkeşlərinə göstərdi ki, o, özü güclülər dəstəsində qalsa da, problemlər də onunla birlikdə qalır. 
Hələ çempionatdan əvvəl, SSRİ kuboku uğrunda zona yarışları keçirilərkən hazırlıq proqramında ciddi səhvlər olduğu nəzərə çarpırdı. “Neftçi”nin məşqçiləri nəzərə almalıdırlar ki, hətta futbolçulara rəqib qapısı qarşısında cərimə zərbəsi vurmaq hüququ verildikdə belə, futbolçular gözlənilməz kombinasiya qurmaqda çətinlik çəkirlər, topu yanaşı durmuş yoldaşlarına ötürmək kimi primitiv, bəsit, köhnəlmiş bir vasitədən istifadə etməklə kifayətlənirlər. Bununla çempionatda uğur qazanmaq, demək olar ki, qeyri-mümkündür.
Hələ mövsümün əvvəlində futbolçuların tez yorulması, əsas heyətdə boşluqların olması, müdafiə xəttində qarşılıqlı əlaqələrin zəif olması azarkeşlərdə ciddi narahatlıq doğururdu. Bu nöqsanların mövsümün sonunadək aradan qaldırılmamasının (təəssüflə də olsa, bildirmək lazımdır ki, “Neftçi” çempionatda hamıdan çox – 63 qol buraxmışdır) iki səbəbi ola bilər: ya komanda rəhbərliyi mətbuatın siqnallarına, ictimaiyyətin və azarkeşlərin narazılıqlarına laqeyd yanaşmışdır, ya da göstərilən səhvlərin ləğv edilməsi vəzifəsinin öhdəsindən gələ bilməmişdir. Bunların hansını əsas səbəb kimi göstərək? Məncə, hər ikisini. Təlim-məşq prosesinin düzgün qurulması və bütün mövsüm ərzində ardıcıl, məqsədyönlü davam etdirilməsi hər bir komanda rəhbərliyinin vəzifəsidir. “Neftçi”isə bu baxımdan işlər heç də yaxşı getmir.
(ardı var)
Hazırladı: Ürfan Məmmədzadə

 

Son yazılar

To Top