Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında beynəlxalq polis əməkdaşlığı mərkəzinə 32 ölkədən asayiş keşikçiləri gələcək
Qurumun tərkibi mundialın iştirakçısı olan 32 ölkənin və 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qətərin nümayəndələrindən təşkil olunacaq. İyunda Rusiyaya digər ölkələrdən, təxminən, 150 polis əməkdaşının gələcəyi gözlənilir.
Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.
