31 yaşlı futbolçu Fransaya üz tutur
17.11.2025 , 13:30
İngiltərə millisinin müdafiəçisi Con Stounz karyerasını Fransa Liqasında davam etdirə bilər.
Korner.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 31 yaşlı futbolçuya PSJ maraq göstərir və klub artıq meneceri ilə ilkin danışıqlara başlayıb.
Stounz 2016-cı ildən “Mançester Siti”nin formasını geyinir və mövsümün sonunda müqaviləsi başa çatacaq.
İngilis müdafiəçi karyerası ərzində həmçinin “Barnsli” və “Everton” komandalarında da çıxış edib.