Londonda keçirilən boks yarışı zamanı ölüm hadisəsi baş verib.
Korner.az–ın məlumatına görə, keçirdiyi heç bir oyunda məğlub olmayan 31 yaşlı orta çəkili britaniyalı boksçu Maykl Norqrouv rinqdə ölüb.
O, döyüş zamanı başından ciddi zərbə alıb və nəticədə idmançı xəstəxənaya aparılıb. Burada isə əməliyyat olunan boksçunun həyatını xilas etmək mümkün olmayıb.
