31 qolun dəyişmədiyi “20-lik”
26.03.2020 , 18:49

“Qəbələ” koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümündə 31 qol vurub.
Korner.az xəbər verir ki, bunlardan 25-i Azərbaycan Premyer Liqası, 6-sı Azərbaycan Kubokuna təsadüf edib.
Bu qollar klub tarixinin ən məhsuldar 20 oyunçusu siyahısında hər hansı dəyişikliyə səbəb olmayıb. Belə ki, bombardirlərin “20-liy”ində yalnız bir futbolçu hazırda da “qırmızı-qaralar”ın formasını geyinir. 13 qola malik Asif Məmmədov cari mövsümdə fərqlənməyib. O, Samir Zərgərovla 14-15-ci yerləri bölüşür.
Bombardirlər cədvəlinə isə 33 qol vuran Viktor Mendi başçılıq edir. Dodo ondan üç top geri qalır. Baqali Dabonun aktivində 27 qol var. İlk “20-lik”də 10-dan çox qol vuranlar yer alıb.
Ümumilikdə isə 2005-ci ildən indiyədək 546 matç keçirən “Qəbələ” 725 qol vurub. Komandamızın 134 oyunçusu rəqib qapısına yol tapıb.
“Qəbələ”nin 20 ən yaxşı bombardiri
1. Viktor Mendi – 33
2. Dodo – 30
3. Baqali Dabo – 27
4. Filip Ozobiç – 25
5-7. Cavid Hüseynov – 20
Stiven Jozef-Monroz – 20
Rövşən Əhmədov – 20
8. Daniel Subotiç – 19
9-10. Aleksey Qay – 18
Kənan Kərimov – 18
11. Yannik Kamanan – 17
12. Deon Burton – 15
13. Sergey Zenyov – 14
14-15. Asif Məmmədov – 13
Samir Zərgərov – 13
16-18. İbrahim Hüseynov – 12
Vitali Balamestnı – 12
Ceyms Adeniyi – 12
19-20. Ruslan Qurbanov – 11
Rəşad Yusubov – 11
