30 yaşlı qolkiperə hücum edib öldürdülər
20.12.2024 , 16:56
“Barton Taun” klubunun qapıçısı Ceyms Hiçkok faciəvi şəkildə dünyasını dəyişib.
Korner.az xəbər verir ki, 30 yaşlı qolkiper York şəhərinin vağzalında gəzərkən hücuma məruz qalıb.
Hadisə zamanı başından ağır xəsarət alan Hiçkok həyatını itirib.
Ona hücum etməkdə şübhəli bilinən 22 yaşlı Makkensi Diçikko saxlanılıb.
Hiçkokun xatirəsinə hörmət əlaməti olaraq bu həftəsonu keçiriləcək olan bütün oyunlar təxirə salınacaq.