30 milyonluq transfer: Kastelyanos “Vest Hem”də
05.01.2026 , 17:34
“Vest Hem” klubu hücum xəttində dəyişiklik edib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi heyətini argentinalı forvard Valentin Kastelyanosla gücləndirib.
London klubu futbolçunun transferi üçün “Latsio” ilə razılıq əldə edib. Razılaşmaya əsasən, “Vest Hem” bu keçid üçün 30 milyon avro ödəyəcək.
27 yaşlı hücumçu ilə 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqavilə bağlanıb.
Qeyd edək ki, Valentin Kastelyanos 2023-cü ildən etibarən “Latsio”nun formasını geyinirdi. O, Roma klubuna MLS təmsilçisi “Nyu York Siti”dən keçmişdi.