“Qəbələ” Topaz Premyer Liqasının 12-ci turunda 3 qol vursa da meydanı xalsız tərk edib.
Korner.az-ın məlumatına görə. “Qarabağ”la qarşılaşmada məhsuldarlıq nümayiş etdirən Yuri Syominin yetirmələri rəqibinə 3:4 hesabı ilə uduzub.
1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində bunadək 22 dəfə belə hadisə yaşanmışdı. Qeyd edək ki, indiyədək “Qarabağ” heç vaxt 3 qol buraxdığı görüşlərdə 3 xal qazanmamışdı.
Elə “Qəbələ” də bu qədər qol vuranda xalsız qalmamışdı.
Azərbaycan çempionatları tarixində 3-dən artıq qol vurub uduzan komanda olmayıb.
