3 oyundan sonra istefa verdi
05.04.2023 , 14:39

“Trabzonspor”a yeni baş məşqçi təyin oluna Orhan Ak istefa verib.
Korner.az xəbər verir ki, o, Türkiyə kubokunun 1/4 final mərhələsində baş tutan “Ankaragücü” ilə matçdan sonra postundan ayrıldığını açıqlayıb.
Buna komandanın 1:3 hesablı məğlubiyyətlə üzləşərək kubokda mübarizəni dayandırması səbəb olub.
O, bu vəzifədə Abdullah Avcını əvəzləmişdi.
“Trabzonspor” bu mövsüm Super Liqada 44 xalla 5-cidir.
