3 oyunda 12 qol – birinci divizion
21.02.2019 , 17:17

Azərbaycan birinci divizionda 16-cı tura start verilib.
Bu gün üç qarşılaşma keçirilib. Lider MOİK” səfərdə “Zirə-2″yə 4:2, “Sumqayıt” doğma meydanda “Ağsu”ya 5:0 hesabı ilə qalib gəlib. “Qaradağ Lökbatan” isə “Sabah”a minimal hesabla uduzub – 0:1.
21 fevral (cümə axşamı)
“Sumqayıt-2” – “Ağsu” -5:0
Qollar: Məhəmməd Alıyev, 5, 17,34, İbrahim Əliyev, 67, Qara Qarayev, 83
“Kapital Bank Arena” (ehtiyat meydança)
“Zirə-2” – MOİK -2:4
Qollar:Müşfiq İlyasov, 47(1:0), RaulYaqubzadə, 50 (1:1), 51 (1:2), 63-pen(1:3),QaraMehrəlizadə, 65 (2:3),OrxanHəsənov,89 (2:4)
“AZAL Arena”
“Sabah-2” – “Qaradağ Lökbatan” – 1:0
Qol:Kənan Həsənov, 43
Binə qəsəbə stadionu
Qeyd edək ki, turnir cədvəlinə 38 xalla MOİK başçılıq edir.”Sumqayıt” 37 xalla ikinci,”Neftçi-2″ 29 xalla(14oyundan) 3-cüdür.
