big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Cüdo

3 nəsil cüdoçu ilklər adamı: “Tin-bucaqda durmaqdansa, idman yaxşıdır” – MÜSAHİBƏ

19.03.2014 , 07:05

Layihə: “İdmançı ailəsi”
 
Adətən, övlad idmanı ailədə valideynin təsiri altında seçir. Ailem.az-ın “İdmançı ailəsi” layihəsinin növbəti qonağı da idmana özü ilə qardaşlarını, övladlarını, nəvələrini, hətta qardaşının övladlarını gətirib. İndi Əhməddin Rəcəblini cüdoçu nəslinin banisi adlandırmaq olar. 
 
O, Qusarın dağ kəndlərindən birində doğulub. 14 yaşında Sumqayıta kimya üzrə təhsili almaq üçün gəlsə də, əvvəlcə sambo, sonradan cüdo ilə məşğul olmağa başlayıb. Ardından qardaşları, övladları idmana gəlib. İndi isə nəvələri, qardaşının övladları peşəsini davam etdirir.
 
– Necə oldu ki, ailə üzvlərinizdən bu qədər insan idmanı seçdi?
 
– Qusarda 7 illik orta təhsil aldıqdan sonra – 1959-cu ildə Sumqayıt Kimya Texnologiyaları Texnikumuna qəbul olunmuşam. O vaxtlar texnikumda sambonu Azərbaycanda yayan əməkdar məşqçi İsmayıl Əhmədov həm bədən tərbiyəsindən dərs keçirdi, həm də sambo məşqlərini aparırdı. Mən də 14 yaşında kənd uşağı idim, fiziki hazırlığım pis deyildi. Çünki dağ kəndində dərə-təpələrdə, çay-kəsəklərdə böyümüşdüm. Nəticədə sambo ilə həvəslə məşq etməyə başladım. Artıq 1961-ci ildə yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi oldum. Növbəti il də bu nailiyyətimi təkrarladım. 1965-ci ildə “Spartak” cəmiyyətinin qalibi kimi SSRİ birinciliyində iştirak etdim və bürünc medal qazandım. Hərbi xidmətdən qayıdandan sonra da məşqlərimi davam etdirdim. Qardaşlarım məndən çox kiçik idilər. Özümdən sonrakı qardaşımdan 11 yaş böyük idim. Onlar mənim idmana həvəsimi gördükdən sonra idmanla məşğul olmağa başladılar. Sonradan – 1972-ci ildə Azərbaycanda cüdo yarandı. Mən məşqçi oldum, qardaşlarım əvvəlcə sambo, sonra cüdo ilə məşğul oldular. Bu, məcburi deyildi, uşaqların həvəsi var idi. Sonralar övladlarım, nəvələrim, qardaşımın övladları, bir sözlə, kişilər nəsilliklə cüdonun sirlərinə yiyələndilər.
 
– Sələfləriniz arasında idmançı olub?
 
– Xeyr, 1959-cu ilədək nəslimizdən heç kimin idmanla bağlılığı olmayıb. İlk addımı mən atmışam.
 
– Yaxın qohumlarınız idmanı seçərkən, münasibətiniz necə oldu?
 
– Mən Sumqayıta gələndən sonra ailəmiz də kənddən şəhərə köçdü. Şəhərdə tin-bucaqda durmaqdansa, idmanla məşğuliyyət pis olmazdı. İdmana münasibətim pis olmasa da, heç kimi məcbur etməmişəm. Öz hərəkətlərim, idmana münasibətim onlarda da bu növə sevgi yaradıb və məşğul olublar.
 
– Daha çox hansınız irəli gedə bilmisiniz?
 
– İdman bir növ “Bu, meydan, bu, şeytan” deməkdir. Hər kəs öz yerinə, öz adı ilə güləşir. Yaxın qohumlarım dəfələrlə Azərbaycan çempionu olublar. Amma ən yaxşı nəticə Fərhad Rəcəbliyə məxsusdur. O, yeniyetmələr və gənclər arasında SSRİ çempionu, usta cüdoçuların mübarizəsində 1988-ci ildə keçirilmiş SSRİ çempionatının finalçısı olub. Qardaşım indi də güləşir. Dəfələrlə veteranlar arasında dünya və Avropa çempionu olub. Övladlarımdan Elxan Rəcəbli daha yaxşı nəticələr göstərib. O, Azərbaycan yığmasının üzvü kimi dünya çempionatının bürünc medalını qazanıb, hərbçilər arasında dünya çempionu olub. Ötən il isə Elxan veteranlar arasında dünya çempionu tituluna yiyələnib. Qardaşımın övladı Murad Rəcəbli Azərbaycan çempionu olub. Nəvələrimdən Cəsur “Asiya uşaqları” turnirində gümüş, Şamil isə ölkə birinciliyinin qalibi olub.
 
– Son illər paralimpiyaçı cüdoçulardan ibarət milli komandamızın baş məşqçisi idiniz. Necə oldu ki, istefa verdiniz və yığmaya oğlunuz məşqçi təyin edildi?
 
– Ötən il Elxan Rəcəbli idmançı karyerasını başa vurdu. Mən isə baş məşqçi postundan ayrılaraq, təqaüdə çıxdım. Elxan isə yığmada köməkçi-məşqçi vəzifəsinə gətirildi. O, bir növ məni əvəz edir. 
 
– Bəs niyə idmançı qohumlarınız arasında qadın yoxdur?
 
– Şəxsən mən qadınların sağlamlıqlarına diqqət yetirmələrini bəyənirəm. Amma biz güləşməyi seçdiyimiz üçün qadınların bu növlə məşğuliyyətini rəva görmürəm. Düzdür, sırf qadınlara xas olan növlər də var. Amma bizim ailədə zərif cinsin nümayəndələri təhsilə böyük diqqət ayırıblar. Onlar sağlamlıqlarına da fikir versələr də, idman bölmələrinə getməyiblər.
 
– İdmançılar vaxtlarının böyük hissəsini evdən kənarda keçirirlər. Bu mənada, qadınların onlarla ailə qurması problem yaratmır?
 
– Qadınlarımız idmançı oğlanlarla ailə qurmağa normal yanaşırlar. Məsələn, həyat yoldaşım məni bir idmançı, məşqçi kimi bəyənib. Hazırda gözəl ailəmiz var, yaxşı dolanırıq. Ailədaxili münasibətlər başqa söhbətdir. Amma axı idmançılar pis yolda deyillər. Əksinə, haqq yolundadırlar, təmiz yoldadırlar. Narkoman, içki içən deyillər. Həyat yoldaşları belə oğlanlarla ailə qurmaları ilə fəxr edirlər. Mənim də, qardaşımın da övladları, hətta nəvəm ailəlidir. Heç birindən şikayət eşitməmişəm. Çox gözəl münasibətdədirlər. İdmançıların uzun müddət evdən kənarda olmalarının heç bir problemi yoxdur. Ailədə münasibətlər düzgün qurulanda hamının işi gedir. Başqa sahələrdə çalışanlar da ezamiyyətlərdə olurlar. Bu, işdir. Həyat yoldaşları bunu çox gözəl anlayırlar. Onlar kimə ərə gəldiklərini bilirlər. Belə məsələlər əvvəlcədən ölçülüb-biçilir. Arada düzgün münasibət olanda hər şey qaydasında gedir.
 
– Artıq 69 yaşınız var. Bir idmançı və məşqçi kimi istəyinizə nail ola bilmisiniz?

 – İlk addımlarımın haradan başladığını dedim. Orta texniki təhsilli kimyaçı kimi Superfosfat zavodunda işə başlamışam. İdmana olan həvəs məni gətirib idmançı edib. Sonradan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişəm. İdmana həvəsim nəticəsində məşqçi olmuşam. Sumqayıt Dövlət Universitetində baş müəllim olmuşam. Hətta kafedra müdiri də ola bilərdim, bu vaxt mənə cüdo üzrə Azərbaycan millisinin baş məşqçi postunu təklif etmişdilər. Məhz idmana həvəsim daha böyük olduğundan, baş məşqçi vəzifəsini seçmişəm. 8-9 il əsas yığmada baş məşqçi kimi çalışmışam və bundan peşman da deyiləm. Olimpiya çempionu Nazim Hüseynovun və digərlərinin cüdoçu kimi bünövrəsi bizim komandada qoyulub. Vaxtilə Ağayar Axundzadə də köməkçi-məşqçi kimi mənimlə çalışıb. Sonradan qismət elə gətirdi ki, İlham Zəkiyevə görə paralimpiya yığmamızın baş məşqçisi oldum. Orada da müəyyən nailiyyətlərim oldu. Şükür Allaha, 1984-cü ildə cüdo məşqçiləri arasında ilk dəfə Azərbaycanın “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adını mənə veriblər. Gənc vaxtlarımda belə bir adı almaq doğrudan da fəxrdir. Bundan 3 il öncə isə cüdoçular arasında ilk dəfə “Əməkdar məşqçi” adına layiq görülmüşdüm. Bir sözlə, ilklər mənimlə bağlıdır. Tələbəm Faiq Ağayev hələ Ceyhun Məmmədovdan öncə sambo üzrə ilk dəfə dünya çempionu adını qazanıb. Tələbələrimlə də, işimlə də fəxr edirəm. Yenə gənclərə öz köməyimi göstərirəm. Artıq mənə prezident təqaüdü verilir. Bu yaxınlarda Həcc ziyarətində olmuşam. Bax belə…   

ailem.az 

Son yazılar

To Top