3 futbolçunun adı “Mançester Siti”nin transfer gündəmində
18.02.2025 , 23:45

“Mançester Siti” cari mövsümün sonunda heyətini gücləndirəcək adları tapıb.
Korner.az xəbər verir ki, “şəhərlilər” 3 futbolçunu transfer etməyi planlaşdırır.
Söhbət “Espanyol”un qapıçısı Xuan Qarsiya, “Real Madrid”in vingeri Rodriqo və “Vilyarreal”ın hücumameyilli yarımmüdafiəçisi Aleks Baenadan gedir.
İngiltərə nəhəngi cari mövsümün sonunda bu oyunçuların transferi üçün əlindən gələni edəcək.
