3 futbolçu millinin heyətindən kənarda qaldı
24.03.2023 , 16:56

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün səfərdə Avstriya yığmasına qarşı keçirəcəkləri oyun üçün 23 futbolçudan ibarət heyəti müəyyənləşdirib.
Korner.az xəbər verir ki, 67 yaşlı mütəxəssis sərəncamındakı 26 futbolçudan 3-nü heyətdən çıxarmalı olub.
İtaliyalı məşqçi Ceyhun Nuriyev (“Sabah”), Azər Salahlı (“Neftçi”) və Rüstəm Əhmədzadənin (“Zirə”) xidmətindən yararlanmamağa qərar verib.
Bu gün Lins şəhərindəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
